Qarabağ
Xankəndidəki aksiyada Paşinyan-Rusiya qarşıdurması: Ermənilər şok faktlar açıqladılar
Dünən Xankəndidə separatçıların etiraz aksiyası keçirdiyi haqda məlumat vermişdik.
Publika.az xəbər verir ki, dünən gün ərzində Ermənistan mətbuatı bu aksiyanı təbliğ etməyə cəhd göstərdi. Amma sonradan ritorika dəyişdi.
Ritorika, aksiyaçılar Rusiya sülhməramlılarını ittiham etməyə başlayandan sonra dəyişdi. Rusiyanın nəzarətində olan Ermənistan müxalifətinin mətbuat orqanları aksiyanın Paşinyan tərəfindən təşkil edildiyini iddia edir.
Dünən aksiyada xeyli insanın iştirak etdiyini vurğulayan mətbuat, bu gün yazır ki, aksiyada əhalinin əksər hissəsi iştirak etməyib. Hətta Vitali Balasanyanın həbsi də bununla əlaqələndirilir. İddia olunur ki, Balasanyan Rusiyanın adamı olduğu üçün aksiyadan əvvəl həbs olunub.
Bütün bunlar onu göstərir ki, artıq Xankəndidə Paşinyan və Rusiya tərəfdarları arasında qarşıdurma açıq müstəviyə keçir.
Dünən Ermənistan hakimiyyəti açıq şəkildə bəyan etdi ki, Xankəndi dərdini Bakı ilə danışıqlarda tapmalıdır.
Təbii ki, belə yanaşma da Rusiyanı qane etmir. Rusiya bölgədə separatizmin qalmasını istəyir. Çünki bununla öz varlığını da qoruyur. Amma deyəsən, Rusiya özü də anlayır ki, dəstəyi çox zəifdir. Bir qrup separatçı ilə ancaq ara-sıra təxribatlar törətmək mümkün olacaq. Azərbaycan isə o separatçıları zərərsizləşdirmək üçün artıq zəmin hazırlayıb. Yəqin ki, yaxın vaxtlarda, ordu öz işini görəcək.
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)