Qarabağ
Manat bu tarixdə Xankəndidə dövriyyəyə buraxılacaq - 4 mərhələli planın DETALLARI
Ermənistan təhlükəsizlik şursının keçmiş katib David Şahnazaryan Qarabağla bağlı diqqətçəkən iddia irəli sürüb.
Publika.az xəbər verir ki, Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia edir.
“Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsidir”. Proqram 4 mərhələdən ibarətdir.
1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;
2. Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması;
3. Qarabağdakı silahlıların tamamilə tərkisilah edilməsi və ləğv olunması;
4. Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi”, - o iddiasında bildirib.
Qeyd edib ki, digər detalları açıqlamaq istəmir. Lakin əlavə edib ki, bu “yol xəritəsinin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələnin başa çatması 3 ay ərzində edilməlidir.
D.Şahnazaryan qeyd edib ki, Azərbaycanın bu proqramı Ermənistan hakimiyyətinə göndərdiyinə dair onda məlumat var.
“Bilirəm ki, Ermənistan hakimiyyəti də bu proqramı “artsax hakimiyyətinə” (separatçılar) verməlidir”, - o bildirib.
Asif
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO





































