Qarabağ
Xankəndidə aclıq yox, dəbdəbəli həyat var: separatçılar özləri özlərini təkzib etdilər
Xankəndidə ərzaq çatışmazlığı olduğu barədə ermənilərin qaldırdığı hay-küyün əsassız olduğu dəfələrlə sübut olunub.
Publika.az xəbər verir ki, belə sübutu növbəti dəfə qondarma rejimin “Milli Məclisinin spikerinin mətbuat katibi” Anuş Qavalyan öz “Facebook” səhifəsində elan edib.
Anuş Qavalyan Xankəndi əhalisinə müraciət edərək dəbdəbəli həyatlarından, toylardan, qonaqlıqlardan çəkilmiş şəkilləri sosial şəbəkələrdə paylaşmamağı xahiş edib. O bildirib ki, belə paylaşımlardan Azərbaycan mətbuatı yararlanır:
“Hörmətli vətəndaşlar, mənim vacib bir xahişim və nəsihətim var. Məncə, buna anlayışla yanaşacaqsınız. Sosial şəbəkələrdə müxtəlif hadisələrdən yerləşdirilən, “artsax”dakı ağır vəziyyətə qətiyyən uyğun gəlməyən videolardan Azərbaycan təbliğat maşını fəal şəkildə istifadə edir. Toyların və digər gözəl tədbirlərin videoları ruhlandırıcıdır, güc və iradə nümayiş etdirir, lakin lütfən, dəbdəbəli həyatla əlaqəli videoları paylaşmaqdan çəkinin".
Belə. Separatçılar nə qədər haray-həşir salsalar da, əslində özləri özlərini təkzib edirlər. Blokada, aclıq, qıtlıq yoxdur, vəssalam.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı











.jpg)













.jpg)









