Qarabağ
Araikin “oturaq aksiyası” əslində kimə qarşıdır? - Ermənilər sirləri açır
Separatçıların “başçısı” Xankəndidə “oturaq aksiya”ya qoşulub. Daha sonra qondarma “parlamentin spikeri” Artur Tovmasyan da ona qoşulub. Gözləniləndir ki, separatçıların hamısı bu addımı atsın, onların Laçın postuna yürüş edə biləcəyi də istisna edilmir.
Separatçılar bu addımla nəyəsə nail ola biləcəklərmi?
Bu sualın cavabı onlar üçün mənfidir, çünki Azərbaycanın haqlı mövqeyi beynəlxalq müstəvidə qəbul olunur, Qarabağda əsas iştirakçı olan Rusiya belə vəziyyəti dəyişdirə bilmir. Buna baxmayaraq, Araikin belə bir addım atması ümidsizlik olaraq dəyərləndirilir.
Publika.az xəbər verir ki, Ermənistan mediası separatçıların başlarını itirdiyini yazır.
Ekspert Akop Badalyan bildirir ki, Araikin “oturaq aksiyası” nə Rusiyada, nə ABŞ-da, nə Fransasda, nə də BMT-də heç kimi həyəcanlandırmır: “Bu heç nəyi dəyişməcək. Bəs niyə belə bir addım atılır? Əgər bunun hansısa sirli bir səbəbi varsa, bu yalnız özünə və Ermənistanda kiçik bir qrupa məlumdur, amma nəticəsinin olacağına ümid yoxdur.
Lakin yenə də açıq suallar qalır: axı bu aksiya kimə qarşıdır? Əslində Rusiyaya, Fransaya, ABŞ-a, BMT-yə və Ermənistana müraciət etməli, konkret cavab aldıqdan sonra sərt tədbirlərə başlamaq lazım idi. Rəsmi müraciət olmadan belə bir addımın niyə atıldığı sirli olaraq qalır, yalnız bir cavab görünür ki, bu da onların çarəsizliyi ilə bağlıdır”.
Erməni tarixçi Qaqik Səfəryan da bildirib ki, bu aksiya heç də xoş qarşılanmır: “Araikin Mişelə müraciəti və dünən dedikləri bir-birinə ziddir, elədikləri ümidsizlikdən qaynaqlanır və xoş qarşılanmır”.
Asif
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














