Qarabağ
Azərbaycan və Ermənistan xəritə ilə bağlı razılığa gəlib? - Qriqoryan açıqladı
Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşdirilməsi üçün əsas ola biləcək heç bir xəritə ilə bağlı razılığa gəlməyib.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.
İyulun 12-də Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının dördüncü iclasını keçiriblər.
"Heç bir xəritə ilə bağlı qərar qəbul edilməyib", - baş nazirin müavininin ofisindən bildirilib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin dördüncü görüşündə bir sıra təşkilati və prosedur məsələlər, o cümlədən delimitasiya məsələləri müzakirə olunub. Tərəflər növbəti görüşün tarixini və yerini müəyyən etmək barədə razılığa gəliblər. Komissiyanın əvvəlki iclası noyabrın 3-də Brüsseldə baş tutub.
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














