Qarabağ
Xankəndidə bu gün hansı qərar veriləcək? – Separatçıların hücum planı
Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” bu gün “növbədənkənar” iclas keçirəcək.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, qondarma “parlamentin” bugünkü iclasda Qarabağdakı hadisələrə təsir edəcək ciddi qərarların qəbul olunacağı gözlənilir.
Detallar açıqlanmır, lakin müəyyən “dönüş”lərin olacağı deyilir. Qondarma “parlamentin” qondarma “xarici əlaqələr komitəsinin sədri”, daşnak Vahram Balayan iclasın keçiriləcəyini və ciddi hadisələrin olacağını təsdiqləyib, lakin o da detalları açıqlamayıb.
“Sabah hər şeyi öyrənəcəksiniz” – deyə Balayan dünən “aravot” saytına açıqlamasında bildirib.
Balayan separatçıların “başçısı” Araik Arutyunyanın “bir həftə vaxt verməsi və sərt tədbirlərə əl atılması” haqda açıqlamasından da danışıb. Jurnalistin “bu hansı addımlar ola bilər” sualına cavabında Balayan bildirib ki, bəzi proseslər gözə dəyməyə bilər, bəzi şeyləri gözləmək məcburiyyətindəyik.
Və bununla separatçıların gizli hazırlıq içində olduğunu da etiraf edib. Araik “sərt tədbirlərin” qondarma “artsax”dan kənarda, yəni Azərbaycan ordusunun dayandığı ərazilərdə də atılacağını iddia etmişdi. Qondarma “dövlət naziri” Qurgen Nersisyan isə bu addımların bir həftədən daha tez atıla biləcəyini deyib. Məlumatlar deməyə əsas verir ki, separatçılar “dönüş” adlandırdıqları addımları bu gün atmağa hazırlaşır. Bu addımların ordumuza qarşı təxribat ola biləcəyi istisna edilməməlidir.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)


.jpg)













