Qarabağ
Şahin Mustafayev Qriqoryanla Qazaxda görüşəcək
Azərbaycan və Ermənistan sərhədinin müxtəlif hissələrində delimitasiya komissiyalarının iclasları keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.
İyulun 12-də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın dördüncü görüşündə bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi bir-birinə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə onlar Qazax və Tavuş rayonları ərazisində görüşün keçirilməsi barədə razılığa gəliblər.
“Tərəflərin qarşılıqlı razılığı ilə hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində sərhəddə görüşlərin keçirilməsi qərara alınıb”, - Qriqoryanın ofisinin şərhində deyilir.
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO





































