Qarabağ
Ermənilər İlham Əliyevin onların prezidenti olmasını istəyir - FOTO/VİDEO
09:37
“Nə qədər təəccüblü olsa da, mən azərbaycanlıların yerində olmaq istəyirəm. İstəyirəm ki, ölkəmin rəhbəri əlini masaya vurub "bizimdir" desin. İlham Əliyev kimi liderimin olmağını istəyirəm”.
Publika.az xəbər verir ki, bu barədə erməni jurnalist Zara Marqaryan “Hraparak” nəşrində dərc olunan məqaləsində yazıb.
Marqaryan qeyd edir ki, o, ölkəsinin Ceyhun Bayramov kimi təcrübəli diplomatının olmasını istəyir.

“Diplomatlarımızın Bayramov kimi olmasını istəyirəm. İstəyirəm ki, 3 dili mükəmməl bilən liderim olsun. İstəyirəm ki, saxta hesablarındakı gözəl qız şəkilləri ilə düşməndən gizli məlumatları əldə edən oğlanlarımız olsun (Azərbaycan kəşfiyyatından bəhs edir-red).
İstəyirəm, müharibə zamanı heç bir dəstəyi əsirgəməyən strateji tərəfdaşım (Türkiyə-red) olsun. İstəyirəm ki, ölkəmin rəhbəri danışıqlarda düşməni ələ salsın, onu alçaltsın, məğlubiyyətini üzünə vursun. İstəyirəm ki, ölkəmin birinci xanımı badımcan şorbası bişirməsin, həyat yoldaşı ilə Şuşada cəsarətlə dayanıb festivalların açılışını etsin”, - erməni jurnalist yazır.
Və Azərbaycanın Prezidenti İlham Əliyev olduğu üçün azərbaycanlıların yerində olmaq istədiyini qeyd edir.
Asif
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


