Qarabağ
Bakı keçid vermədi, Araik çadırdan çıxdı – Xankəndidə nələr baş verir?
Ermənistanın Laçın sərhəd-keçid məntəqəsində “humanitar yardım” təxribatı fonunda Xankəndidə baş verənlər maraqlıdır.
Publika.az xəbər verir ki, separatçıların “başçısı” Araik Arutyunyan “oturaq aksiyası”nı dayandırdı və iddia etdi ki, Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşü məhz onun bu aksiyasına görə baş tutub.
Absurd iddiadır, bunun Qarabağdakı erməni əhalisinə özünü daha baha satmaq və onları nəzarətdə saxlamaq üçün ucuz siyasi gediş olduğu da məlumdur. Lakin Araikin iddiası ilə onun dəstəsinin üzvü olan qondarma “dövlət naziri” Qurgen Nersisyanın fikirləri ziddiyyət təşkil edir.
Araikin məntiqindən belə çıxır ki, Moskvada üçtərəfli görüş onun “aksiyası”na görə baş tutubsa və o, “aksiyanı” dayandırırsa, deməli görüşün nəticələri onların istəyinə uyğun olub. Halbuki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı tamamilə Bakının gündəliyinə uyğun idi və aydın şəkildə qeyd olunurdu ki, Qarabağdakı ermənilər “milli azlıq” olaraq Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamalıdırlar.
Qurgen Nersisyanın Rusiyaya hücum çəkməsi də vəziyyətin separatçılar üçün ürəkaçan olmadığını təsdiq edir.
Nersisyan bildirib ki, Rusiyanın daim bəhanələr gətirmək və fəlakətli vəziyyətin əsaslı həllini təmin etməmək yanaşması dözülməz hal yaradıb.
“Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı Ermənistanın Azərbaycanın təklif etdiyi müzakirə mövzusu ilə razılaşdığını göstərir. Bakı-Stepanakert (Xankəndi) dialoqunun “barı” (səviyyəsi) aşağı salınıb”, - o deyib.
Göründüyü kimi, separatçılar Moskva görüşündən də heç nə əldə edə bilmədilər və bu kontekstdə Araikin “oturaq aksiyası”nı başa çatdırmasının üç mümkün səbəbi ola bilər: ya “baş separatçı” oturmaqdan yoruldu, ya heç bir nəticə əldə edə bilmədiyini anladı, ya da elə onun “oturduğu” yerdən qalxması, girdiyi çadırdan çıxması göstərişini elə Rusiyanın özü verib.
Separatçılar çıxılmaz vəziyyətə düşüb, onların Rusiyaya hücum etməsi də bunun bariz nümunəsidir. Ermənistanın Laçın postunun qarşısına yük maşınlarını toplamasına ümid edirlər və düşünürlər ki, bu, Bakıya beynəlxalq təzyiqin edilməsinə səbəb olacaq, nəticə etibarilə Laçın yolu açılacaq. Lakin Bakının qəti mövqe sərgiləməsi onların bu ümidlərini də puça çıxarır.
Asif
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi













.jpg)
.png)

.jpg)




















.jpg)