Qarabağ
Xankəndidə “Azərbaycan” sədası, separatçılar qorxu içində: interneti kəsirlər, bu şəxsləri hədələdilər
Separatçıların ümidləri puç olduqca, hansı addımları atacaqları ilə bağlı qərarları da xaotik xarakter daşıyır.
Baş separatçı Araikin “oturaq aksiya”sının heç bir təsiri olmayınca, Xankəndidə əhali arasında narazılıq ən pik həddə yüksəlib. Artıq separatçıların vədlərindən bezən yerli əhali arasında Azərbaycanla reinteqrasiya yolunu tutmaq istəyənlərin sayı getdikcə artır.
Əvvəllər qorxu altında olduqları üçün səslərini çıxara bilməyənlər indi sözlərini açıq şəkildə deyirlər. Xüsusən də sosial şəbəkələrdə. Bu yöndə fəallığı isə hazırda Xankəndidə yaşamayan ermənilər edirlər. Onlar sosial şəbəkə vasitəsilə separatçıları kəskin tənqid edir, onları əhalini basqı altında saxlamaqda ittiham edirlər.
Təbii ki, belə fikirlərin günü-gündən daha çox yayılması separatçıların planlarını pozur, onların “heç bir erməni Azərbaycan vətəndaşlığını qəbul etmək istəmir” iddialarını puç edir.
Bundan qorxuya düşən separatçı “hakimiyyət” xalqı basqı altında saxlamaq üçün müxtəlif yollar axtarır.
Ermənistan mətbuatı yazır ki, baş separatçı Araik Arutyunyan “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik etmək üçün bu gün qondarma “milli assambleya”nın növbədənkənar sessiyasını çağırıb. Onlar internet saytlarının, sosial şəbəkələrin fəaliyyətini müvəqqəti dayandırmaq (bloklamaq), “artsax” ərazisində internetə çıxışı qismən və ya tamamilə məhdudlaşdırmaq qərarına gəliblər. Həmçinin televiziya, internet və radio vasitəsilə yayılan materialların məzmununun məhdudlaşdırılması da nəzərdə tutulur. Bu da son deyil: Xankəndidə olmayan vətəndaşların əmlakına əl qoyulması da gündəmə gətirilib.
Bununla da separatçılar onları tənqid edənlərə xəbərdarlıq edirlər: dilinizi dinc saxlamasanız, əmlakınız müsadirə olunacaq.
Aşkar görünür ki, artıq halqa daralıb. İndi separatçılar onlara qarşı çıxan ermənilərlə mübarizəyə kökləniblər.
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto




















.jpg)


















