Qarabağ
Sərhəddə yardım şousuna Moskvada qərar verilib? - Məxfi danışıqlar haqda ŞOK İDDİA
Ermənistanın sərhəddə “humanitar yardım” şousuna ermənilərin özləri də inanmır.
Publika.az xəbər verir ki, Ermənistan mediası bu şounun Paşinyanın oyunu olduğunu yazır.
“Hraparak” nəşri bir qədər də irəli gedərək iddia edir ki, bütün bu şou Qarabağdakı erməniləri Azərbaycana reinteqrasiya etməyə razı salmaq planının bir hissəsidir.
“Çox qəribədir, Ermənistan hakimiyyəti Qarabağa humanitar yardım ayırmaq qərarını verdi və bunu bir günün içində etdi. İndi 400 tona yaxın yük Həkəri körpüsünün qarşısında rusiyalı sülhməramlılarından cavab gözləyir. Niyə bu yardım aksiyası bir neçə gün, yaxud bir neçə həftə öncə yox, Lavrov-Mirzoyan-Bayramov görüşündən dərhal sonra atıldı?
Bunun fonunda Lavrovun bəyanatı yada düşür. Rusiya xarici işlər naziri bildirdi ki, “Ermənistan tərəfi Qarabağdakı erməniləri müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn hüquqlar barədə razılığa gəlmək üçün Azərbaycan nümayəndələri ilə görüşməyə razı salmağın zəruriliyini anlayır”.
Belə görünür ki, bağlı qapılar arxasında Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyası müzakirə olunub və razılaşdırılıb. Bu yardım da prosesi həmin istiqamətə yönləndirmək məqsədi daşıyır. Bununla Qarabağdakı ermənilərə Azərbaycana reinteqrasiya etməkdən başqa yolun olmadığı nümayiş etdirilir”, - nəşr iddia edir.
Ermənistan mediasının bu iddiası inandırıcı görünmür, çünki rəsmi İrəvanın məqsədi Bakının Ağdam marşrutu təklifini sabotaj etmək və yardım şousu ilə beynəlxalq ictimaiyyətin diqqətini “Laçın postu bağlıdır” iddiasına çəkməkdir. Lakin bu iddia həm də sübut edir ki, Paşinyanın yardım şousuna erməniləri özləri belə inanmır.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı













.jpg)








.jpg)


.jpg)













