Qarabağ
Ermənistan səfirləri sərhədə gətirir - Laçın postunda son vəziyyət
Rəsmi İrəvan Ermənistanda akreditasiya olunmuş diplomatik korpusun və beynəlxalq strukturların nümayəndələrini təşkil etdiyi “humanitar yardım” şousuna tamaş etmələri üçün bu gün sərhədə gətirəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin karvana nəzarət edən nümayəndəsi Vardan Sarkisyan deyib.
V.Sarkisyan bildirib ki, TIR-ların geri qaytarılması qərarı yoxdur: “Geri qayıtmaqdan söhbət gedə bilməz, cavab verilənə qədər burada qalacağıq”.
Azərbaycan Ağdam-Xankəndi marşrutundan istifadə təklifi etsə də, Ermənistan bundan imtina edir. İrəvanın məqsədi “humanitar yardım” şousu ilə diqqəti Laçın postuna çəkmək və beynəlxalq təzyiq vasitəsilə postun açılmasına nail olmaqdır.
Səfirləri əraziyə gətirmək də buna hesablanıb. Lakin bu şounun nəticə verməyəcəyi şübhəsizdir. Laçın postu Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qarabağdakı erməni əhalisinin istifadəsi üçün açıqdır.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı













.jpg)








.jpg)


.jpg)













