Qarabağ
Ermənistan səfirləri sərhədimizə qədər yordu: “yardım şousu”nun seyrinə çıxanlar - FOTO
Rəsmi İrəvan Ermənistanda akreditasiya olunmuş diplomatik korpusun və beynəlxalq strukturların nümayəndələrini Azərbaycanla sərhədə gətirib.
Publika.az xəbər verir ki, artıq sərhədimizdə olan diplomatlar Ermənistan hakimiyyətinin təşkil etdiyi “humanitar yardım” şousuna tamaşa edir.
İrəvan bununla “Azəraycan Laçın postunu bağlayıb” iddiasını əyani şəkildə göstərməyə çalışır. Məqsəd beynəlxalq ictimai rəyi manipulyasiya etməkdir.
Lakin Azərbaycanın Ağdam-Xankəndi marşrutunu təklif etməsi Ermənistanın bu şousuna beynəlxalq müstəvidə inananların sayı azdır. Digər tərəfdən, Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır, rəsmi İrəvanın özü də hələki şifahi olaraq bunu qəbul edib. Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir. Sərhədimizdə “yardım şousu”nu izləyən səfirlərin təmsil etdikləri ölkələr də bu reallığı qəbul edir. Bu halda Ermənistan hakimiyyəti xarici diplomatlara əziyyətdən başqa bir şey vermir.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı













.jpg)








.jpg)


.jpg)













