Qarabağ
Ermənistanda Laçın postuna hərbi hücum ÇAĞIRIŞI
Ermənistanda Laçın postunun açılması üçün hərbi addımın atılması çağırışları gündəmə gəlib.
Publika.az xəbər verir ki, erməni mediası Paşinyan hakimiyyətinə Laçın postuna qarşı hərbi müdaxilənin edilməsini və itkilər hesabına da olsa, yüklərin Qarabağa daxil edilməsi çağırışı edilir.
Erməni ekspert Qaqik Vardanyan Ermənistan hakimiyyətinə Türkiyəni nümunə göstərib. Bildirib ki, Azərbaycan belə vəziyyətlə üzləşsəydi, Türkiyə bütün ssenariləri nəzərdən keçirər və müdaxilə edərdi.
O, Ermənistanın da hərbi varianta əl atmasını istəyib.
“Laçın postunu məhv etməliyik, qurbanlar versək belə onun mövcudluğunu aradan qaldırmalıyıq. Başqa yol yoxdur”, - o iddia edib.
Qeyd edək ki, Ermənistanın sərhəddə təşkil etdiyi “yardım şousu” Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımdır və beynəlxalq hüquqa uyğun deyil. Lakin görünür ermənilər belə şoularla kifayətlənmək istəmir, hərbi variantdan da bəhs edirlər.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı













.jpg)








.jpg)


.jpg)













