Qarabağ
Araik və Ruben ermənilərə divan tutur: Bakı Xankəndiyə müdaxilə edə bilər - VİDEO
Qarabağ ətrafında “humanitar yardım” və “humanitar fəlakət” şousu davam edir: Ermənistan sərhədə yük toplayaraq, “yardım” şousu düzəldib, separatçılar isə Xankəndidə bu şounu davam etdirirlər;
Publika.az xəbər verir ki, erməni mənbələrində separatçı rejimin bu şousunu ifşa edən məlumatlar yayılır.
Birincisi, süni şəkildə qıtlıq yaradır, ərzaqları gizlədərək, boş piştaxtaları nümayiş etdirir və beləliklə “aclıq”, “fəlakət” görüntüləri sərgiləyir;
İkincisi, “humanitar yardım” adı altında aldıqları malları Qarabağdakı erməni əhalisinə baha qiymətə satır, külli miqdarda pul qazanırlar.
Erməni bloqer Roman Baqdasaryan separatçıların əhaliyə tutduğu divan haqda çıxış edib. Bildirib ki, “siqaret qıtlığı” yaradılıb, halbuki, siqaretlər gizlədilir.
“Vitali Balasanyan həbs edldi, sonra buraxıldı. Mən dəqiq bilirəm ki, Balasanyanın əlində humanitar yardım olaraq gələn 50 min qutuya yaxın siqaret var. Bunlar 900 drama satılır. Halbuki, hamısı pulsuz gəlib. Siqareti çıxarın, camaata verin. Araik, niyə problem yaradırsınız? Çoxlu siqaretiniz var, çıxarın paylayın”, - o deyib.
Əlavə edib ki, separatçı rejimin rəhbərliyi süni şəkildə “aclıq” yaradır: “Qarabağda bütün kəndlər ərzaqla doludur. Aclıq yoxdur. Aclığı süni şəkildə yaradırlar. Çünki iki əclaf – Araik Arutyunyan və Ruben Vardanyan bu məhsulları kəndlərdən Xankəndiyə gətirmək üçün Ermənistandan alıdıqları milyardlarla dram dəyərindəki benzinin pullarını mənsiməyib, ona görə də gətirmək müşkülə çevrilib. Araik, indi təzə kartof, taxıl yoxdur?! Kimi aldadırsan?!”
Separatçıların erməni əhalisinə divan tutduğu sirr deyil, Baqdasaryanın dedikləri, eləcə də digər erməni mənbələrində yayılan məlumatlar bunu bir daha təsdiq edir. Bu vəziyyət Azərbaycanın erməni vətəndaşlarının xilası naminə proseslərə müdaxiləsini zərurətə çevirir.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı













.jpg)








.jpg)


.jpg)













