Qarabağ
Separatçılar Moskvaya müraciət edəcək - Rusiya Qarabağı ilhaq edə bilər?
Xankəndindəki separatçıları onları xilas etmələri üçün Rusiyaya müraciət edə bilər.
Publika.az xəbər verir ki, bu barədə separatçıların qondarma “parlamentində” qondarma “azad vətən fraksiyasının rəhbəri” Artur Arutyunyan deyib.
Arutyunyan bildirib ki, hələ ki, gündəmlərində bu məsələ yoxdur: “Lakin hadisələrin inkişafına uyğun bunu nəzərdə saxlayırlar. Biz “öz müqəddəratını təyin etmə prinsipi”ndən əl çəkməyəcəyik, əgər vəziyyət belə davam edərsə, bizi himayəsi altına alması üçün Rusiyaya müraciət edə bilərik”.
Separatçılar bu ssenarini zaman-zaman gündəmə gətirirlər, hərçənd, Rusiyanın onlara hansı cavabı verəcəyi sual altındadır.
Birincisi, Rusiya qondarma rejimin “müstəqilliyini” tanımayacaq;
İkincisi, Qarabağın ilhaqı – Rusiyaya birləşdirilmiş coğrafi baxımdan mümkünsüzdür;
Üçüncüsü, Moskva Ermənistanın belə atmadığı addımları atmağın Azərbaycan və Türkiyə ilə açıq qarşıdurmaya getmək olduğunu yaxşı anlayır;
Dördüncüsü, sülhməramlı adı altında Qarabağa gələn Rusiyanın separatçıları rəsmi şəkildə öz himayəsinə alması Moskvanın beynəlxalq imicinin dağılması deməkdir. Ki, Ukraynada müharibənin başlanmasından sonra Rusiya bundan qaçır;
Və Rusiyanın mənfi cavabını əsaslandıracaq kifayət qədər səbəb var, həm bölgədəki, həm dünyadakı vəziyyət də Moskvanın separatçılara istədiyini verməyəcəyi fikrini gücləndirir. Separatçıların belə bir məsələni gündəmə gətirməsi isə daha çox özlərini qorumaq üçün şantaj etmələrindən başqa bir şey deyil.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






















.jpg)



.jpg)












