Qarabağ
Laçın postuna hücum hazırlığının şok detalları: ermənilərə iki tapşırıq verilib
Laçın postuna “müki əhalinin yürüşü” adı altında təxribt hücumuna hazırlaşan separatçıların taktiki planı bəlli olub.
Publika.az xəbər verir ki, separatçılar bir qrup ermənini Xankəndidən avtobuslarla Laçın postunun yerləşdiyi Həkəri körpüsünə gətirməyə hazırlaşır.
Əraziyə gətirirlən ermənilərə iki tapşırıq verilib.
Birincisi, Həkəri körpüsünü keçməyə cəhd etmək: bununla Laçın postunu açmağı planlaşdırırlar;
İkincisi, Həkəri körpüsünü keçə bilməyəcəklərsə, körpünün yanında – Laçın postunun qarşısında çadır qurub qalacaqlar, beləliklə, sərhədin Ermənistan tərəfindən təşkil olunan şou sərhədin Azərbaycan tərəfində də davam etdiriləcək;
Xankəndidəki separatçı “siyasətçilərdən” olan, Laçın postuna qarşı qondarma “yürüşdə” iştirak edəcək Artur Ospiyan da təsdiq edib ki, post açılana – Ermənistandan gələn yük maşınları keçənə qədər Həkəri körpüsündə qalacaqlar.
Ermənilərin ilk mərhələdə Həkəri körpüsünü – Laçın postunu kütləvi şəkildə keçmək planı deməyə əsas verir ki, təxribat olacaq və istisna deyil ki, Azərbaycana qarşı qondarma “etnik təmizləmə” iddiaları irəli sürmək üçün posta göndərilən ermənilərdən biri separatçıların özləri tərəfindən yaralana, yaxud qətlə yetirilə bilər. “Dinc yürüş” adı altında hazırlanan bu təxribat kifayət qədər təhlükəli oyundur.
Asif Nərimanlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






















.jpg)



.jpg)












