Qarabağ
Laçına köçən sakinlər üçün maarifləndirmə təlimi keçirildi
Laçın şəhərinə qayıdışı çərçivəsində növbəti mərhələdə köç edən 22 ailəyə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilib.
Bu barədə Publika.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, təlimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və “Bakı Abadlıq” MMC-nin əməkdaşlarının da iştirakçılarla görüşü baş tutub.
Öz doğma yurdları olan Laçın şəhərinə son mərhələ də daxil olmaqla indiyədək geri dönən ümumilikdə 150-dən çox sakinin iştirak etdiyi təlimdə iştirakçılara təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələr, təhlükəli ərazilərin əlamətləri haqda məlumatlar verilib. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar, eləcə də müxtəlif növ mina təhlükəsini əks etdirən broşur və posterlər paylanılıb.
“ANAMA tərəfindən həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) təlimləri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq layihələrinə uyğun olaraq öz yurdlarına geri qaytarılan sakinlərə irəliləyən zamanlarda da keçirilməyə davam etdiriləcəkdir. Zəngilanın Ağalı kəndində vətəndaşların təhlükəsiz şəkildə yaşayışı və fəaliyyət göstərməsi bu cür təlimlərin faydasının bariz nümunəsidir. Hər bir vətəndaş bilməlidir ki, verilən təlimatlara əsasən öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə həm özünü, həm də ailəsini baş verə biləcək bədbəxt hadisələrdən qoruyaraq, dövlətin bu istiqamətdə icra etdiyi fəaliyyətə öz müsbət töhfəsini vermiş olacaqdır”, - məlumatda qeyd olunub.
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir


















.jpg)



.jpg)


.jpg)












