Qarabağ
Ermənilər Laçın postuna qarşı son silahı işə salır - Kardaşyanı ora göndərirlər - VİDEO
09:18
Ermənistan Laçın sərhəd-keçid məntəqəsinə qarşı son “silahını” işə salmaq istəyir. Söhbət nə odlu, nə də soyuq silahdan yox, məhz Kim Kardaşyanın timsalında dünya ermənilərinə məxsus “silah”dan gedir.
Publika.az xəbər verir ki, Kim Kardaşyanın ABŞ dövlət katibi Entoni Blinkenə Laçın sərhəd-keçid məntəqəsinin açılmasına dair müraciət etməsi məsələsi gündəmə gəlib.
Bunu gündəmə gətirən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampodur. Bundan öncə Okampo ermənilərin Qarabağda “humanitar fəlakət” iddialarını tirajlamışdı və bəllidir ki, 71 yaşlı keçmiş prokuroru danışdıran, yaxud bu ahıl yaşında onu aktivləşdirən erməni diasporu/lobbisidir. İndi erməni diasporu Kardaşyanla bağlı məsələni də məhz Okamponun dilindən səsləndirməklə gündəm formalaşdırmaq və Kardaşyanın Blinkenə müraciət etməsinə zəmin yaratmaq istəyirlər.
Okampo deyib ki, Qarabağdakı “məsələni” yalnız Blinken həll edə bilər, bunun üçün Kim Kardaşyan və Erik İsraelyan (erməni prodüser) bu haqda dövlət katibinə müraciət etməli, onu razı salmalıdırlar. Məqsəd Kardaşyanı prosesə qoşmaq və erməni iddialarını ABŞ-ın gündəminə daxil etməkdir. Bunun üçün ermənilər Kardaşyan silahını işə salmaq istəyirlər. İstisna deyil ki, onlar Kardaşyanı Ağ Evə də göndərəcəklər.
Asif
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir


















.jpg)



.jpg)


.jpg)












