Qarabağ
Vardanyan “sosial yeməkxana”sına ərzağı haradan alır? - ŞOK FAKTLAR
Qarabağda separatçıların “aclıq şousu” davam edir. Separatçılar beynəlxalq ictimaiyyəti hər vəchlə inandırmağa çalışırlar ki, Qarabağda yaşayan ermənilərin ərzaq ehtiyatı tamamilə tükənib, guya insanlar acından ölmək təhlükəsi ilə üz-üzədirlər.
Amma hər gün də sosial şəbəkələrdə Xankəndidəki təmtəraqlı toylardan video və şəkillər paylaşmaqla özlərini biabır edirlər.
Sadə erməniləri girov saxlayan Ruben Vardanyan da Xankəndidə növbəti şou gerçəkləşdirir. O, Xankəndidə “xeyriyyə yeməkxanaları” açıb və bu gündən fəaliyyətə başlayıb. Orada hamilə qadınlar, 16 yaşınadək uşaqlar və 65 yaşdan yuxarı insanlar yemək yeyə bilərlər. Vardanyan bildirib ki, “sosial yeməkxana” xeyriyyə proqramı qida ilə bağlı çətinlikləri yüngülləşdirmək məqsədi daşıyır və ehtiyacı olanlara gündə bir dəfə yemək imkanı təklif edir.
Vardanyan iddia edir ki, insanlar evlərində yağ, şəkər, ət, kartof tapa bilmirlər. Guya Azərbaycanın blokadası nəticəsində hər şey tükənib.
Amma özünün “sosial yeməkxana”sında müxtəlif yeməklər təklif olunur. Maraqlıdır, əhalinin əksər qida ehtiyatları tükəndiyi halda, Vardanyan bu ərzaqları haradan alır? İndiyə qədər bu ərzaqları harada gizlətmişdi. Bir aydan yuxarıdır ki, “ermənilər acından ölür” deyib haray-həşir salırlar. Niyə bu ərzağı “acından ölən” ermənilərə paylamırdı? Nə əcəb onun ərzaq ehtiyatı tükənməyib, hələ üstəlik, “sosial yeməkxana” da açır?
Separatçıların, ümumiyyətlə Ermənistanın “aclıq şousu” ətrafında yaratmaq istədikləri bütün ictimai rəy beləcə faş olur. Özləri özlərini faş edirlər.
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
