Qarabağ
Bakı-İrəvan danışıqları gələn ay başlayacaq - Ermənistanın planı nədir?
Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı növbəti görüşlər sentyabrda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.
Lakin Marukyan görüşün hansı səviyyədə və harada keçiriləcəyini açıqlamayıb. O iddia edib ki, “Ermənistan danışıqlara sadiqdir, Azərbaycan qoşunlarını “Ermənistan ərazisindən” çıxarmalıdır”.
Bu o deməkdir ki, növbəti görüşlərdə Ermənistan sərhədlə bağlı iddiasını yenidən gündəmə gətirəcək və “güzgü prinsipi”ni – qoşunların sərhəddən qarşılıqlı şəkildə geri çəkilməsi – irəli sürəcək. Bu məsələdən həm də erməni qoşunların Qarabağdan çıxarmamaq üçün istifadə edirlər.
10 noyabr razılaşmasının 4-cü bəndində qeyd olunur ki, sülhməramlıların bölgəyə yerləşdirilməsinə paralel olaraq erməni qoşunları çıxarılacaq. Lakin razılaşmanın imzalanmasından üç ilə yaxın dövr keçsə də, Ermənistan bu öhdəliyini yerinə yetirmir, Rusiya da onu buna məcbur etmir.
Ermənistan məhz bu öhdəliyini yerinə yetirməmək üçün Azərbaycan qoşunlarının “onun ərazisində olduğu” iddiasını irəli sürür. Marukyanın bu açıqlaması göstərir ki, növbəti görüşlərdə də Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcək.
Asif
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
