Qarabağ
Qarabağda təxribat başladı: Xocalıda ermənilərlə Rusiya sülhməramlıları arasında qarşıdurma - VİDEO
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə ermənilər arasında insident yaşanıb.
Publika.az xəbər verir ki, ermənilər Rusiya sülhməramlılarının Xocalıdakı hərbi bazasına gedən yolu bağlayıblar. Bu barədə telerqam kanalları məlumat yayıb.
Onlar avtomobilləri yolun hərəkət istiqamətində saxlayıblar. Rusiya sülhməramlıları avtomobili əlləri ilə yoldan kənarlaşdırıblar.
Kadrlardan görünür ki, hadisə yerinə ermənilər də toplaşıblar və onlar hər an təxribat törətməyə hazırdırlar. Ermənilər Rusiya hərbçilərini onları blokadada saxlamaqda ittiham edir, hətta onların ünvanına təhqiramiz ifadələr də işlədirlər.
Ermənilərin təxribat hazırladığı haqda bir neçə mənbəyə istinadən daha əvvəl məlumat yayılıb. Onların həm Azərbaycan Ordusuna, həm də Rusiya sülhməramlılarına qarşı təxribat edəcəyi gözlənilirdi.
Separatçılar bu təxribatlarla beynəlxalq aləmdə fərqli ictimai rəylər yaratmaq istəyirlər.
Qeyd edək ki, bu gün BMT təhlükəsizlik Şurasında Ermənistanın xahişi ilə Laçın yolundakı məsələ müzakirə olunacaq.
Ermənilərin məhz bu məqamda təxribata əl atacaqları deyilirdi. Görünür, artıq başlayıblar.
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
