Qarabağ
“Nə qədər pul veriblər?” - Sülhməramlılarla ermənilər arasında şok dialoq - VİDEO
Rusiya sülhməramlılarının yolunu bağlayan bir qrup erməni onlara deyib: “İnsanlar acdır”. Rusiya sülhməramlıları isə ermənilərin bu iddialarına “bəs bura gəlmək üçün sənə kim pul verib?!” cavabını verib.
Publika.az xəbər verir ki, Qarabağda “aclıq”, “humanitar fəlakət” iddialarının sülhməramlılar tərəfindən də təkzib olunduğu bu dialoq bu gün Xocalıda yaşanıb.
Ermənilər Rusiya sülhməramlılarının konvoyunun önünü kəsməyə çalışsa da, onlar yoldan kənarlaşdırılıb, hətta buna görə fiziki güc də tətbiq olunub. Çünki təxribatçılar geri çəkilmək istəməyiblər.
Aksiyanın başçısı Artur Osipyan şikayətlənib ki, Rusiya sülhməramlıları onlara qarşı ağır texnikadan istifadə edib.
“Komandirlərdən biri bizə dedi ki, “onlar sizə nə qədər pul verib?”. Biz deyirik ki, “insanlar acdır”, sülhməramlılar isə deyir ki, “bura gəlmək üçün pulu haradan almısan?”, - Osipyan deyib.
Sülhməramlıların “onlar sizə nə qədər pul verib?”, “bura gəlmək üçün pulu haradan almısan?” sözləri isbat edir ki, Qarabağda “humanitar fəlakət” iddiaları yalandır, erməniləri rusların üzərinə göndərən də separatçılardır. Bütün ermənilər isə belə aksiyaya qoşulmur.
Bunu Osipyanın özü də etiraf edib. Bildirib ki, “insanlar aksiyaya qoşulmur, say çox azdır”.
Asif
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir


















.jpg)



.jpg)


.jpg)












