Qarabağ
Xankəndidə qarşıdurma kəskinləşir: 4 gün sonra nə planlaşdırırlar?
Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar arasında qarşıdurma yeni mərhələyə keçib.
Publika.az xəbər verir ki, Samvel Babayan sentyabrın 8-də saat 10:00-da mitinq təyin edib.
O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaqlar. Lakin Babayanın mitinqi Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırki “rəhbərliyi”nə qarşıdır.
“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, - o deyib.
Babayan Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb.
Asif
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”





















.jpg)

















