Qarabağ
Separatçılar qorxuda: Xankəndidə xaos yaranacaq, Azərbaycan Ordusu şəhərə girəcək - VİDEO
10:09
Baş separatçı Araik Arutyunyanın “istefa şousu”ndan sonra Xankəndidə terrorçu qruplaşmalar arasında gərginlik yaranıb.
Publika.az xəbər verir ki, Ermənistan mətbuatı bu qarşıdurmanın detallarını açıqlayıb.
Bildirilir ki, terrorçu qruplaşmalar “baş separatçı” seçimində bir-birinə güzəşt etmək niyyətində deyillər. Baş separatçının seçilməsi sentyabrın 8-nə planlaşdırılıb. Həmin gün isə Samvel Babayan etiraz mitinqi çağırıb. O bildirib ki, zirzəmidə olan 3 nəfər qərar verə bilməz. Babayan “zirzəmidə olan 3 nəfər” deyərkən Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyanı nəzərdə tutub.
Qarşıdurma günü-gündən yox, saatbasaat böyüyür. Buna görə də, Araik tərəflərə müraciət edib və gərginlik yaratmamağa çağırıb.
Amma belə görünür ki, qarşıdurma qaçılmazdır. Hətta Ermənistan mətbuatı iddia edir ki, gərginlik silahlı münaqişə həddinə qədər yüksələcək. Xankəndidə separatçılar bir-birini güllələyəcək, sadə xalqın təhlükəsizliyi ilə bağlı ciddi problem yaranacaq. Bu da Azərbaycana legitim hüquq verəcək ki, Ordu Xankəndiyə daxil olsun və qarşıdurma tərəflərini - terrorçuları zərərsizləşdirsin.
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”





















.jpg)

















