Qarabağ
Azərbaycan ildırım sürətilə bu əraziləri nəzarətə götürəcək - Ermənilər isterikada - VİDEO
13:26
Ermənistanda Azərbaycanın müharibəyə başlayacağına dair isterika davam edir.
Publika.az xəbər verir ki, bu iddialar rəsmi İrəvanın Azərbaycanı beynəlxalq müstəvidə “hücum edən tərəf” kimi göstərmək cəhdlərindən qaynaqlanır. Sərhəddə hələ də davam edən gərginliyə səbəb olan təxribatların da məqsədi budur.
Baş verənlər fonunda erməni ictimai rəyi isterika içində Azərbaycanın bütövlükdə Zəngəzuru nəzarətə götürə biləcəyindən danışır.
Azərbaycan üzrə erməni ekspert Varujen Qeqamyan iddia edir ki, gərginlik daha da genişlənərsə və eskalasiya qaynar mərhələyə keçərsə, Azərbaycan Ermənistanın cənubunu kəsmək istiqamətində ildırımsürətli addım atacaq.
“Bu, Naxçıvanın şimal hissəsindən Cermuka (İstisu) qədər olan ərazidir. Bura məsafə cəmi 30 kilometrdir, Azərbaycan istəsə, ildırımsürətli əməliyyatla bu xətti kəsə bilər. Bu prosesdə Türkiyənin də açıq dəstək verəcəyi sirr deyil. Ermənistan hakimiyyəti isə heç nə etmir, ya da etmək istəmir”, - erməni ekspert iddia edir.
Qeyd edək ki, bu cür iddiaların əsası yoxdur, Azərbaycanın Ermənistana qarşı hərbi müstəvidə atdığı bütün addımların səbəbi sərhəddə erməni təxribatının qarşının alınması və adekvat cavabın verilməsidir. Hərçənd, Ermənistan Zəngəzur dəhlizi və digər öhdəlikərini yerinə yetirməsə, təxribat hücumlarını davam etdirərsə, bunun İrəvan üçün ağır nəticələrinin olacağı da aydındır.
Asif
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"




























.jpg)
.jpg)










