Qarabağ
Abramyan Xankəndidəki “aclıq oyunu"nu de-şifrə etdi: ərzağı kimlər gizlədir?
Xankəndidə separatçıların ərzaq və digər ləvazimatları erməni əhalisindən gizlətdiyi, özləri üçün istifadə etdiyi və daha baha qiymətə satdığı, “humanitar fəlakət” görüntüsü yaratmaq məqsədilə insanlara zülm etdiyinə dair yeni faktlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, Xankəndidə fəaliyyət göstərən qondarma “vernatun” analitik mərkəzinin rəhbəri Arşak Abramyan separatçıların hər şeyi öz evlərinə daşıdığını bildirir.
“Onlardan heç biri növbələrdə dayanmır, heç biri küçələrdə nə baş verdiyini görmək üçün camaatın yanına getmir. Çörək kuponu verirlər, çox biabırçı vəziyyətdir. “Sosial işlər nazirliyi”nin qarşısında insanlar mübahisə edir. İşıq 40 dəqiqə gec verilib, insanlar növbəyə dayanır, bilmirlər neynəsinlər. Özləri isə kabinetlərində əyləşib aşağı belə düşmək istəmirlər. Dəhşətli vəziyyətdir. Oturub özləri üçün qanun qəbul edirlər, camaatı küçələrə çıxarırlar. Bundansa camaata desinlər ki, cəngəllik qanunları ilə yaşamalısınız, bacardığınızı edin. Belə davam edə bilməz”, - o deyib.
A.Abramyanın sözləri separatçıların erməni əhalisini girov saxladığını təsdiq edir: “Hər şeyi özləri üçün edirlər, nəyisə təşkil edirlərsə, bunu yalnız öz qazancları üçün həyata keçirirlər. İnsanların əsəbləri dəhşətli dərəcədə gərgindir. İnsanları növbələrdə dayanmağa məcbur edirlər. Yarım çörək almaq üçün gedirsən, amma saatlarla növbədə dayanırsan. İşıqları söndürürlər, yandırmaq, yaxud nəsə etmək haqda düşünmürlər belə. Yaranmış bu vəziyyətin bütün günahı “hakimiyyətdədir” (separatçı rejim-red). Hər kəs özü üçün qanun qəbul edib, geri çəkilir. 9 ay ərzində “rəhbərlikdən” heç kəsi növbədə görmədik, bu gün də eyni vəziyyət davam edir. Gigiyena problemi var, sabun, şampun, yuyucu toz yoxdur. Necə olur bunlar “rəhbərlərin” evlərində var, camaatda yoxdur?! Camaatı fikirləşən yoxdur”.
Abramyan istisna etmir ki, bu vəziyyət separatçı rejim tərəfindən qəsdən yaradılır.
“Oturub iclaslarda sadəcə rəqəmlərdən danışırlar, buna nəzarət edirlər, o məsələni həll edirlər. Əslində isə heç nə etmirlər, heç nəyə də nəzarət yoxdur. İnsanlar çox iyrənib. Elə vəziyyət yaranıb ki, artıq insanları kimin “prezident”, kimin “rəhbər” olması maraqlandırmır. İnsanlar öz həyatları və övladlarını düşünürlər. Bu, uzun müddət davam edə bilməz. Dəhşətli vəziyyətdir və hər an partlaya bilər”, - Abramyan bildirib.
Asif
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



















.jpg)














.jpg)
