Qarabağ
Müharibə zamanı itkin düşənlərin ailə üzvləri Şuşaya getdi
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib. Səfər zamanı Şuşada aşkarlanan kütləvi məzarlıq ziyarət olunacaq.
Publika.az xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir.
Səfərdə 50-yə yaxın itkin ailələrin üzvləri iştirak edir. Onlar tarixi məkanlarla da tanış olacaq, erməni qəsbkarlarının 30 illik işğal dövründə törətdikləri vəhşiliklər barədə ətraflı məlumat əldə edəcəklər.
Qeyd edək ki, bu il avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub. Ümumilikdə isə işğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"




























.jpg)
.jpg)










