Qarabağ
"Sürdüyüm traktoru ermənilər top mərmisi ilə atəşə tutdular"
“Ağdam şəhərində bərpa işləri aparan şirkətdə çalışıram. Ötən gün ermənilər işlədiyim texnikanı top mərmisiylə atəş tutdular. Nəticədə qəlpə yaraları aldım”.
Publika.az xəbər verir ki, bunu “Report”a açıqlamasında ötən gün Ermənistanın terroru nəticəsində yaralanan Ağdam rayonunun Baş Qərvənd kəndinin sakini Mehman Həsənov bildirib.
“Bir müddətdir ki, işğaldan azad edilmiş Ağdam şəhərində quruculuq işləri ilə məşğul olurdum. Ötən gün çalışan zaman qəflətən traktorun silkələnməsini hiss etdim. Texnikanı saxladım və aşağı düşmək istəyən zaman ayağımda uyuşma hiss etdim”, - o qeyd edib.
M.Həsənov traktordan yerə düşdükdən sonra belə, ermənilərin atəşi davam etdirdiyini bildirib: “Qolumdan da yaralandım və daha sonra nələrin baş verdiyindən xəbərim olmadı”.
Qeyd edək ki, M.Həsənov son üç gün ərzində Ermənistanın dinc sakinlərimizə qarşı törətdiyi terror aktının qurbanı olan şəxslərdən biridir. O, Ağdam Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi




























.jpg)








