Qarabağ
24 saata sığan qələbə: Xankəndi Azərbaycan bayrağını gözləyir
Azərbaycan Ordusunun Qarabağda erməni silahlı qüvvələrinin qalıqlarına, qanunsuz silahlı dəstələrə və separatçılara qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri qələbə ilə başa çatdı. Nə az, nə çox, cəmi 24 saat ərzində separatçılar təslim olmağa məcbur oldular.
24 saatlıq antiterror tədbirləri iki aspektdən qiymətləndirmək olar.
Birincisi, hərbi strategiyanın mükəmməlliyi;
Antiterror tədbirləri ilə bağlı yayılan rəsmi məlumatların analizi Ordumuzun ildırımsürətli taktikadan istifadə etdiyini deməyə əsas verir. Erməni silahlı dəstələrinin ağır hərbi texnikası dəqiq zərbələrlə məhv edildi, buna paralel olaraq, ordumuzun elit bölmələri terrorçuların gizləndiyi yerlərə qədər sızaraq, “təmizləmə” işləri apardı. Cəmi 24 saata 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürüldü, yüzlərlə hərbi texnika sıradan çıxarıldı. Həmçinin, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirildi.
İkincisi, Ordumuzun humanizm prinsiplərinə əməl etməsi;
Antiterror tədbirlərinin əsas hədəfi hərbi obyektlər idi və 24 saat ərzində dəqiq zərbələrlə hədəflər məhv edildi. Bu tədbirlər zamanı mülki əhali və infrastruktur zərər görmədi. Beynəlxalq təcrübədə dünyanın ən güclü ordularının belə hərbi müstəvidə keçirdiyi əməliyyatlar zamanı mülki əhali arasında da zərər görənlər olur. Mülki insanlar ya hərbçilərin yanlış atəşindən, ya qeyri-dəqiq zərbələrdən zərər çəkir. Antiterror tədbirləri zamanı mülki insanların zərər görməməsi, onların təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlar Azərbaycan Ordusu yüksək peşəkarlığının növbəti nümunəsi oldu. Bu, həm də beynəlxalq müstəvidə humanizm prinsiplərinin qorunmasında presedent rolunu oynayır.
Artıq tədbirlər başa çatıb, ordumuzun sürətli addımları nəticəsində erməni silahlı dəstələr “ağ baraq” qaldırmağa məcbur oldular və rəsmi Bakının təslim olmaları ilə bağlı bütün şərtləri qəbul olundu.
- Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
- Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
- Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Bu təslim şərtlərinin icrasına Azərbaycan ordusu nəzarət edəcək. Bununla yanaşı, sabah Yevlaxda erməni əhalisinin nümayəndələri ilə reinteqrasiya prosesi müzakirə ediləcək. Bununla da separatçı-terrorçu rejimin özünü buraxmasına start veriləcək və Qarabağda “boz zona” ləğv ediləcək.
Xankəndi, Xocalı, Xocavənd məsələsi də artıq həllini tapdı. Azərbaycanın bütün ərazilərində mərkəzi hakimiyyətin bərpası prosesi başlanır.
Asif Nərimanlı
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?




























.jpg)
.jpg)









