Qarabağ
Erməni iddiaları Kürün sahilində dəfn ediləcək - niyə Yevlax?
Erməni əhalisinin nümayəndələri sabah Yevlaxda reinteqrasiya prosesini müzakirə edəcək. Görüş yeri üçün niyə Yevlax seçilməsi məsələsi haqda avqustun 1-də - bu məsələ ilk gündəmə gələndə yazmışdıq.
Bu, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını sərhədində təslim aktı ilə dəfn etmək məqsədi daşıyır və müəyyən qədər simvolik xarakterlidir.
I Qarabağ müharibəsində ermənilər Azərbaycan ərazilərini Yevlaxa qədər işğal etmək, bizi Kür çayının sol sahilinə qədər qovmaq istəyirdilər. “Biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilir, erməni donuzların Yevlaxda kür çayından su içdiyini əks etdirən karikaturalar yayırdılar. Hətta 44 günlük müharibənin ilk günlərində erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” eyforiyasına qapılmışdı.
Azərbaycan ordusu cəmi 24 saata erməni silahlı dəstələrini təslim etməyə, erməni əhalisini bayrağımız altında yaşamaq şərtlərini müzakirə etmək üçün Yevlaxa gəlməyə məcbur etdi. Yevlaxa qədər olan erməni iddiaları məhz Yevlaxda – Kür çayının sahilində dəfn olunacaq.
Asif Nərimanlı
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”






































