Qarabağ
Xankəndiyə göndərilən qutularda nə var? - SİYAHI/VİDEO
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə göndərilən qutularda un,digər ərzaq və gigeyenik məhsullar mövcuddur.
Publika.az xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.
Qutularda mövcud olan məhsullar:
- Un
- Çörək
- Peçenye
- Makaron
- Yağ
- Duz
- Düyü
- Mərcimək
- Diş məcunu
- Diş fırçası
- Sabun
- Konfet
Qeyd edək ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq.
Bundan öncə, 29 avqust tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan erməni əhaliyə 40 ton yük göndərilsə də separatçılar yükün Xankəndiyə keçidinə imkan verməyib. Rusiya Qızıl Xaç Komitəsinin göndərdiyi yük isə bir neçə gün Azərbaycan ərazisində gözlədikdən sonra sentyabrın 12-də Xankəndiyə keçib. Bu gün isə ermənilər özləri Azərbaycandan yardım istəyir. Azərbaycanın lokal antiterror tədbirlərindən sonra bütün bu maneələr aradan qaldırılıb, separatçılar tərkisilah edildikdən sonra nəinki humanitar təşkilatların, hətta Azərbaycan şirkətlərinin yük avtomobilləri ermənilərin öz istəyi ilə mülki əhaliyə humanitar yardım aparır.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi




























.jpg)








