Qarabağ
Bu gün həll edildi: Xankəndinə belə daxil oluruq - FOTOLAR/VİDEO
12:05
Qarabağda lokal xarakterli antiterror əməliyyatının keçirilməsi nəticəsində silahlı erməni dəstələri və separatçıların təslim olmasından sonra Azərbaycan cəmiyyətində ən çox müzakirə edilən məsələ “Xankəndinə niyə girmədik” sualıdır. Halbuki, hələ 44 günlük müharibədə də Azərbaycan şəhərdə mülki əhalinin yaşadığını nəzərə alaraq bu addımı atmamışdı.
24 saat davam edən antiterror tədbirlərinin hədəfi də mülki əhali və infrastruktur yox, hərbi hədəflər idi. Bu baxımdan, ordunun Xankəndinə girməsi məsələsi ümumiyyətlə planda olmayıb. İki əsas hədəf var idi:
Birincisi, erməni silahlı dəstələrinin tərki-silah edilməsi və ərazimizdən çıxarılması;
İkincisi, separatçı-terrorçu rejimin ləğv edilməsi, erməni əhalisini girovluqdan xilas etmək və suverenliyimizi tamamilə bərpa edilməsi;
Hər iki hədəfə nail olundu. Hazırda birinci hədəfin texniki tərəfləri həll edilir – erməni silahlı dəstələrin tərki-silah olunması, ərazilərimizdən çıxarılması; ikinci hədəfin texniki tərəfləri – separatçı rejimin özünü buraxması elan olunmasa da, həll edilmiş hesab edilə bilər, xüsusilə Yevlax görüşündən sonra;
Görünür, Yevlaxda erməni sakinlərin nümayəndələri hansı addımlar atacaqları barədə təlimatlandırılıb. Bu gün Fövqəladə Hallar Nazirliyinin erməni əhalisinin təminatı üçün Xankəndinə humanitar yardım aparması isə “Xakəndiyə niyə girmirik” sualının cavabıdır. Azərbaycanın mərkəzi hakimiyyəti artıq Xankəndinə daxil oldu.
Asif
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir






.png)









.jpg)












.jpg)






