Qarabağ
Xankəndidə qalan ermənilər necə yaşayır? - Ermənistanı qorxuya salan detallar
Qarabağda separatizmin ləğvindən sonra erməni əhalisi rəsmi İrəvanın təhriki ilə bölgəni tərk etdi. Lakin az sayda da olsa Xankəndidə hələ də erməni yaşayır. Onların təhlükəsiz yaşaması üçün bütün şərait yaradılıb.
Publika.az xəbər verir ki, ermənilərin Xankəndidə qalması Ermənistanda narahatlıq yaradır. Çünki bu fakt “Azərbaycan etnik təmizləmə aparır” tezisini alt-üst edir.
Bu kontekstdə revanşist daşnaklara yaxınlığı ilə tanınan “Hraparak” nəşrinin iddiaları diqqət çəkir.
Nəşr iddia edir ki, videogörüntüləri yayılan və Azərbaycandan razılıq edən Mişik ləqəbli erməni döyülüb. Daha sonra o, Gorus xəstəxanasına göndərilib.
Gorus xəstəxanası isə bunu təkzib edib. Bildiriblər ki, onlara belə bir xəstə daxil olmayıb. Separatçıların keçmiş “məmurlarından” biri də nəşrə açıqlamasında Xankəndidə qalan ermənilərə işgəncə verildiyi iddialarının yalan olduğunu deyib.
“İşgəncə ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Mişik adlanan şəxs Xankəndidədir. Mübahisə və dava olub, amma bu, azərbaycanlılar arasında yox, ermənilər arasında olub. O, spirtli içki qəbul eəndən sonra insanlarla dava edib”, - separatçıların keçmiş “məmuru” bildirib.
Ermənistanda tirajlanan iddialara rəğmən, hazırda Xankəndidə qalan ermənilər hər şeylə təmin olunur və onlar həyat şəraitlərindən razıdırlar.
Asif
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

