Qarabağ
Separatçılar Bakıya qarşı yeni planı işə salır: bu gün nəyi elan edəcəklər?
Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı “beynəlxalq komissiya” yaratmağa hazırlaşır.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, separatçıların özünü buraxmış qondarma “parlamentin deputatları” bu gün toplaşacaq.
“Hraparak” nəşri yazır ki, Ermənistan hökumətinin müdaxiləsi olmasa, toplantı bu gün keçiriləcək.
“Qapalı keçiriləcək toplantıdan sonra bəyanat verəcəklər. Onlar razılaşmırlar ki, fəaliyyətlərinin davam etdirilməsi Ermənistanın təhlükəsizliyinə təhdiddir. İndiyə qədər həm Ermənistan hökumətinin mövqeyinə, həm də müzakirə ediləcək gündəmi dəqiqləşdirmək üçün “parlamentin” iclası təxirə salınırdı. Artıq hərəkətə keçməyin vaxtı olduğunu düşünürlər”, - nəşr yazır.
Məlumata görə, özlərini hələ də “deputat” kimi görən separatçılar iki məsələni müzakirə edəcək.
Birincisi, qondarma “parlamentdə” boş qalan iki “mandat” yerini müəyyən etməkdir.
İkincisi, Qarabağ üzrə “beynəlxalq komissiya”nın yaradılmasıdır.
“Beynəlxalq komissiya”nın yaradılması ideyası Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan tərəfindən irəli sürülüb. Oskanyan Qarabağda erməni separatizmin ləğv edilməsini qəbul etmir və məsələni beynəlxalq müstəviyə çıxarmaq üçün müxtəlif təkliflər irəli sürür. Onun təklif etdiyi “beynəlxalq komissiya” separatçıların Qarabağ iddialarını beynəlxalq müstəvidə gündəmə gətirəcək, bu işdə beynəlxalq ekspertlərdən də istifadə edəcəklər. Ermənistan hökumətinin prosesə müdaxilə edəcəyi və toplantının qarsşını alacağı gözləntisi var.
Asif
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

