Qarabağ
Minaya düşən şəxslərin sayı açıqlandı
"Minalarla çirklənmiş ərazilər yalnız insanların başlıca hüquqlarına deyil, eləcə də təhlükəsiz ətraf mühitə və təmiz ekoloji şəraitə, sosial-infrastruktur fəaliyyətlərinə təhlükə törədir".
Publika.az xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanı olub, 65 nəfər həyatını itirib, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Bununla yanaşı, dayanıqlı inkişaf, innovativ həllər və qabaqcıl təcrübələrə dair öhdəliklərimizə uyğun olaraq, Azərbaycan minaların təmizlənməsi ilə davamlı inkişaf məqsədlərinə nail olunması arasındakı əlaqənin əhəmiyyətini dərk edir. Bu məqsədlə biz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə spesifik Milli Dayanıqlı İnkişaf Məqsədini müəyyənləşdirməyə çalışırıq. Bundan əlavə, minalarla mübarizənin prioritet təyin edilməsi ilə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin qlobal miqyasda bölüşdürülməsini təklif edirik", - V.Süleymanov qeyd edib.
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?



















.jpg)



.jpg)














