Qarabağ
Paşinyan Putindən xahiş etdi, Azərbaycan dərhal... - 44 günlük müharibə haqda yeni detallar
Qarabağdan Ermənistana qaçan separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanın 44 günlük müharibə ilə bağlı ifadəsinin bir hissəsi mediada yayılıb.
Publika.az xəbər verir ki, Babayan 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanması haqda danışıb.
“Noyabrın 9-da axşam mənə məlumat verdilər ki, Paşinyan məlum bəyanatı imzalayacaq. Bunun qarşısını almaq üçün hökumət binasına getdim, amma artıq gec idi. Paşinyanla görüşə bilmədim, onun bu addımı xəyanat idi. Müharibə zamanı biz Araik Arutyunyanla mütəmadi olaraq döyüşlərin gedişini müzakirə edir, tab gətirə bilmədiyimizə əmin olurduq. Arutyunyan bir gün əvvəl hərbi əməliyyatların dayandırılmasını istəyib, lakin başa düşüb ki, bu ondan asılı deyil”, - o deyib.
Babayan qeyd edib ki, müharibənin gedişində Qarabağda yüksək rütbəli məmurlar (separatçılar-red) iki dəfə Paşinyana müraciət edib: “Əsas istək müharibənin dayandırılması idi. Birinci dəfə Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan etmişdi, ikinci dəfə “parlamentə” daxil olan qüvvələr. Paşinyan müharibənin dayandırılması üçün Rusiya prezidentindən xahiş edəndə, Azərbaycan dərhal daha böyük tələblər irəli sürüb”.
Asif
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?



















.jpg)



.jpg)














