Qarabağ
Araik Bakıdan Şahramanyana tez-tez zəng edir? - Separatçıların yeni planı
Qarabağda qandallanaraq, Bakıya gətirilən separatçı-terrorçu rejimin keçmiş “rəhbərləri” haqda yeni iddialar yayılıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası Araik Arutyunyanın, Arkadi Qukasyanın və Bako Saakyanın Qarabağdan Ermənistana qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanla mütəmadi olaraq əlaqə saxladığını yazır.
Bu iddianı İrəvana qaçmış separatçıların qondarma “deputatı” olaraq göstərilən Davit Qalstyan irəli sürüb.
“Məhkumlarımız mütəmadi olaraq təkcə ailələri ilə deyil, həm də (qondarma) “artsax prezidenti” ilə əlaqə saxlayırlar. Bildirirlər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”, - Qalstyan bildirib.
Bu iddianın absurd olduğu aydındır. Çünki həbs edilən separatçıların ailələri ilə əlaqə yaratmasından tutmuş bütün digər hüquqları təmin edilsə də, onların özünü ləğv edilmiş qondarma rejimin “rəhbəri” kimi təqdim edən və Qarabağla bağlı iddiaları saxlayan Şahramanyanla əlaqə yaratmasına icazə verilməməlidir. Qalstyanın iddiası daha çox Şahramanyanı “rəhbər” kimi göstərmək məqsədi daşıyır. Bu, Ermənistana qaçan separatçılar arasındakı qarşıdurma fonunda təsadüfi deyil və bu iddiaların Şahramanyanın yeni planı olduğu da istisna deyil. Bununla nümayiş etdirir ki, “keçmiş rəhbərlər” onu “başçı” kimi qəbul edirlər.
Asif
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

