Qarabağ
Ter-Petrosyan 32 il öncə Qarabağ haqda nə demişdi? - Ermənilər qəzəblə xatırlayır
Ermənistan mediası keçmiş prezident Levon Ter-Petrosyanın 32 il əvvəl – 1992-ci ildə Qarabağla bağlı dediklərini yenidən gündəmə gətirib.
Publika.az xəbər verir ki, Petrosyan 1992-ci ilin 5 mart tarixində “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bildirmişdi.
“Azərbaycan tərkibində muxtar respublika statusu bütün tərəfləri qane edər, eyni zamanda, Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qalır, respublikanın ərazi bütövlüyü qorunur, Qarabağ xalqı da təminatlı yaşamaq hüququna malik olur. Mövqeyimiz budur, biz bunu istənilən səviyyədə müzakirə etməyə hazırıq”, - Petrosyan qeyd edib.
Həmin vaxt I Qarabağ müharibəsi gedirdi və nəticədə Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. 30 ilə yaxın davam edən sülh danışıqlarında heç bir nəticə əldə olunmadı. Nəhayət, 2020-ci ildə Azərbaycan Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etdi, 2023-cü ildə isə sərhədləri daxilindəki erməni separatizmini tamamilə aradan qaldırdı.
Ermənilər buna görə Nikol Paşinyanı ittiham edir. Hesab edirlər ki, Paşinyan müəllimi olan Petrosyanın ideyalarını nəhayət yerinə yetirdi, lakin ondan da irəli gedərək, erməniləri Qarabağdan tamamilə çıxardı.
Asif
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








