Qarabağ
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO
İşğaldan azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların arzusu reallaşa bilər. Bununla bağlı müraciətlərə baxılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun aidiyyəti üzrə baxıla bilər.
Mövzu ilə bağlı danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev hesab edir ki, vətəndaşları da bərpa quruculuq işlərinə cəlb etməklə Qarabağa qayıdışı və bölgənin inkişafını daha da sürətləndirmək olar.
Millət vəkili deyir ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə yalnız müasir şəhərsalma qaydalarına uyğun evlər inşa edə biləcəklər. Bu, büdcə vəsaitinə qənaət edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki hazırda bölgədə bütün layihələr demək olar ki, dövlət hesabına icra olunur.
Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı martın 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











