Qarabağ
Araikin AzTV-də gedəcək müsahibəsi İrəvanı qorxuya saldı - Hansı sirlər açılacaq?
Bakıda həbsdə olan separatçıların Azərbaycan dövlət televiziyasına müsahibə verməsi Ermənistanı təşvişə salıb.
Publika.az xəbər verir ki, martın 28-də AzTV-nin efirində yayımlanacaq “Bir günlük əməliyyat: antiterror” adlı sənədli filmdə separatçıların keçmiş “başçısı”, 44 günlük müharibədə hərbi cinayətlər törətmiş Araik Arutyunyan danışacaq. Eyni zamanda, digər separatçıların da etirafları yayımlanacaq.
Ermənistanı narahat edən məqam separatçıların həm 44 günlük müharibədə baş verənlər, həm də digər hadisələrlə bağlı sirləri açmasıdır. Ermənistan hakimiyyəti məsələ ilə bağlı konkret mövqe sərgiləmir, çünki sənədli film yayımlanmayıb və yəqin ki, yayımlandıqdan sonra bu haqda danışacaqlar. Lakin Paşinyana yaxın media və ekspertlər separatçıların etirafları yayımlanmamışdan öncə ictimai rəyi formalaşdırmağa, səslənəcək etirafların doğruluğunu şübhə altına almağa başlayıblar.
Erməni hüquqşünas Artaşes Xalatyan Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbəri olduğu “Haykakan Zhamanak” qəzetinə bununla bağlı açıqlama verib. O, iddia edib ki, Araik Arutyunyan və digərlərinin efirə çıxarılması Azərbaycanın məqsədyönlü planıdır və onların səsləndirəcəyi fikirlərdən Ermənistana qarşı istifadə edəcəklər.
“Azərbaycan onları (separatçılar) Ermənistanın əleyhinə danışdıracaq. Görünür Ermənistanın ictimai-siyasi dairələrinin bu şəxslərə münasibətini də yoxlamağa çalışırlar. Onların Ermənistanda rəğbətinin qaldığını, onları dəstəkləyən dairələrin olub-olmadığına baxmaq istəyirlər. Əminəm ki, Azərbaycanın xüsusi xidmət orqanları açıq mənbələr üzərində araşdırma aparır, Ermənistan ictimai rəyini detallarına qədər öyrənirlər. Onların (separatçılar) deyəcəkləri Ermənistanın siyasi seqmentini də qarışdıra bilər, buna görə parlamentdənkənar müxalifət hələ ki, susur, müsahibənin yayımlanmasını gözləyir. Onların danışacaqları Azərbaycanın Ermənistana təzyiqinin artmasına da səbəb ola bilər, daha doğrusu, Bakı onların deyəcəklərindən bu məqsədlə istifadə etmək istəyir”, - erməni hüquqşünas iddia edib.
Bu açıqlama, ümumiyyətlə, Paşinyana yaxın medianın yazdıqları deməyə əsas verir ki, İrəvanda Araik Arutyunyan və digər separatçıların sirləri açacağından qorxurlar. Belə etiraflar iki kontekstdə proseslərə təsir edə bilər.
Birincisi, Paşinyan və komandasının 44 günlük müharibə və sonrasında səhv addımları ifşa oluna, eləcə də gizli danışıqları, yaxud planları ortaya çıxa bilər: bu, erməni ictimai rəyində hakimiyyətin əleyhinə etirazı körükləyəcək;
İkincisi, Araik və digərləri Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərini birbaşa efirdə etiraf etməsindən qorxurlar. Ki, böyük ehtimalla, bu etiraflar olacaq və Azərbaycan Ermənistana qarşı beynəlxalq müstəvidə addımların atılması üçün əldə olunan faktlardan istifadə edə bilər.
Məhz buna görə Ermənistan hakimiyyəti əl-ayağa düşüb və gözləniləndir ki, sənədli filmin yayımlanmasından sonra İrəvanda siyasi çaxnaşmalar başlayacaq.
Asif
-
İdman23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?