Qarabağ
Bu ölkədə qapalı “Qarabağ görüşü" keçirildi: Bakıya qarşı hansı plan var?
Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, ASALA terror təşkilatının dəstəkçisi Murad Papazyan Ermənistanın hazırki vəziyyəti və rəsmi Parisin verdiyi dəstəklə bağlı müəyyən detalları açıqlayıb.
Publika.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronla şəxsi münasibətləri olan Papazyan Ermənistan mediasına müsahibəsində Paşinyan hakimiyyətinin səhvlərindən danışıb.
Lakin bu müsahibədə müəyyən məqamlar da ortaya çıxıb. Papazyan bildirib ki, Makrondan Türkiyə və Azərbaycan hücum edərsə, Ermənistanı qoruyacağı haqda soruşdum.
“Bildirdim ki, belə bir problem baş verərsə, Avropa Ermənistanı qoruyacaqmı, Fransa nələr edəcək, ABŞ necə münasibət sərgiləyəcək? Biz indiki halda elə bir vəziyyətdəyik ki, Ermənistanı quruda az-çox müdafiə etmək qabiliyyəti olan müttəfiqi Rusiyadır. Ermənilər 100 il əvvəl seçim etmək qarşısında qalıb və Rusiyanı seçməli olublar. İndi də seçim qarşısındadırlar. Bu dəfə Türkiyə və Rusiya arasında seçim edilməlidir. Halbuki, Paşinyan hakimiyyətinin siyasəti nəticəsində Ermənistan iqtisadiyyatı 4-5 ay sonra Türkiyə və Azərbaycanın nəzarətinə keçəcək”, - o deyib.
Papazyanın müsahibəsindən məlum olur ki, bu yaxınlarda Fransada Azərbaycan əleyhinə qapalı tədbir keçirilib. O bildirib ki, Fransa prezidenti, baş nazir, bütün dövlət aparatı ermənilər və Ermənistan məsələsində, o cümlədən, Qarabağda erməni maraqları məsələsində yekdildirlər.
“Bu günlərdə Fransa hakimiyyət orqanlarının və bir çox deputatın iştirakı ilə konfrans keçirildi. Orada Ermənistan və Qarabağdakı hadisələrdən sonra yaranmış vəziyyət prioritetlərə uyğun qaldırıldı. Qarabağda (qondarma-red) “etnik təmizləmə” qiymətləndirildi, ermənilərin geri qayıtmasının beynəlxalq mexanizmlər vasitəsilə həyata keçirilməsi məsələsi qaldırıldı” - Papazyan qeyd edib.
Bu açıqlamalardan bir daha məlum olur ki, başda Makron olmaqla Fransanın dövlət aparatı Azərbaycana qarşı ermənilərlə birlikdə planlar qurmaqdan əl çəkmir.
Asif
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region19 Aprel 21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi





































