Qarabağ
Qarabağ münaqişəsinin ilk şəhidlərindən birinin məzarı tapıldı - FOTO
Qarabağ münaqişəsinin ilk şəhidlərindən birinin məzarı tapılıb.
Publika.az xəbər verir ki, məzar Ağdam rayonunun işğaldan azad edilmiş Qarağacı qəbiristanlığında tapılıb.
Belə ki, şəhid Əli Kamal Oğlu Hacıyevin qardaşı Arif Hacıyev uzun müddət idi ki, məzarı axtardığını deyir. Qəbiristanlıq erməni vandalları tərəfindən tamamilə dağıdıldığı üçün axtarışlar nəticə verməyib.
İllər sonra məzar bu gün aşkar edilib.
Qeyd edək ki, Əli Hacıyev 1988-ci ildə Qarabağda yaşayan ermənilərin torpaq iddialarına qarşı aksiya zamanı şəhid olub. Həmin ilin 22 fevralında Ağdam şəhərindən Əsgəran qəsəbəsi istiqamətinə təşkil olunan dinc aksiya zamanı 23 yaşlı Əli Hacıyev və 16 yaşlı Bəxtiyar Quliyev ermənilər tərəfindən şəhid edilib.
Tamamilə dağıdılmış məzarın qalıqları hissə-hissə ətraf ərazidən tapılaraq toplanıb. (bizim.media)
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































