Qarabağ
Xankəndinin komendatı olacağı deyilən erməni həbs edildi - DETALLAR
Xankəndidə qaldığı deyilən və şəhərin komendantı təyin ediləcəyi iddia olunan Sarqis Qalstyan Gorusda həbs olunub.
Publika.az xəbər verir ki, ermənilər Qarabağdan kütləvi şəkildə çıxdıqdan sonra S.Qalstyanın Xankəndidə qaldığı deyilirdi. Onun Xankəndinin komendantı təyin olunacağı haqda da məlumatlar yayılmışdı. Lakin bu məlumatların heç biri təsdiqini tapmadı.
Ermənistan mediası iddia edir ki, S.Qalstyan ötən gün Ermənistana qayıdıb və Gorusda erməni xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
“Milli Təhlükəsizlik Xidmətindən bu məlumatı dəqiqləşdirməyə çalışdıq, lakin ənənəvi olaraq, yazılı sorğu göndərilməsini istədilər. Qalstyanın Ermənistanda yaşayan qohumlarından onun qayıdıb-qayıtmadığını öyrənmək istədik. Qohumları məlumatı nə təkzib, nə təsdiq etdilər. Üstəlik bizdə belə bir məlumatın olmasından təəccübləndilər. Onda anladıq ki, Qalstyan Ermənistandadır və ola bilsin ki, bu gün onunla bağlı istintaq aparılsın”, - “mediahub” yazıb.
Asif
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































