Qarabağ
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
Ermənistan mediası Bakıda həbsdə olan separatçıların keçmiş rəhbəri Araik Arutyunyanın martın 28-də AzTv-də yayımlanması nəzərdə tutulan müsahibəsinin efirə getməməsi ilə bağlı sensasiyalı iddia irəli sürüb.
Publika.az xəbər verir ki, ermənilərin “fakt” nəşri Arutyunyanın sirlərin açılacağı müsahibəsindən Bakının İrəvana qarşı istifadə etdiyini iddia edir.
“Arutyunyanın müsahibəsi gündəmə gələndə onun bir çox sirri açacağı və Azərbaycanın bundan Ermənistana qarşı istifadə edəcəyi gözlənilirdi. Lakin anonsu rezonans doğuran müsahibə yayımlanmadı. Əvəzində həmin müsahibənin anonsundan iki gün sonra Paşinyan mətbuat konfransı keçirərək, kəndlərin Azərbaycana verilməsini gündəmə gətirdi.
Altı gün sonra Tavuşa səfər etdi. İkinci səfərində tamam başqa şeylərdən bəhs etsə də, bir gün sonra kəndlərin qaytarılması ilə bağlı razılaşma ortaya çıxdı. İstisna deyil ki, Araik Arutyunyan müsahibəsində Ermənistan üçün xoşagəlməyən faktlar açıqlayıb və rəsmi Bakı bundan İrəvana qarşı istifadə edib. Paşinyanın sürətlə geri çəkilməsi, kəndləri qaytarması bu kontekstdə təsadüfi deyil”, - nəşr yazır.
Asif
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































