Qarabağ
Qarabağ separatçılarını yenidən körükləmək planı: Detallar ortaya çıxdı
Separatçıların Qarabağdan İrəvana qaçdıqdan sonra yaratdıqları qondarma “artsax məsələsi üzrə beynəlxalq komitə”nin üzvlərinin yenidən Avropa “turnesi” başlayıb.
Publika.az xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi qondarma “komitə” Avropada növbəti görüşlər keçirməyi planlaşdırır.
“Joxovurd” qəzeti yazır ki, qondarma “komitənin” “ermənilərin Qarabağa qayıdışı üçün beynəlxalq zəmanətin əldə edilməsi”ndən ibarət olan gündəliyi dəyişməyib. Qəzetin məlumatına görə, qondarma “komitə”yə “daşnaksütyun” partiyasının Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, bu partiyadan olan Mario Nalbandyan, eləcə də separatçıların keçmiş “deputatı” Geqam Stepanyan və Respublika Partiyasından olan keçmiş deputat Karen Bekaryan da cəlb edilib.
Qeyd edək ki, qondarma “komitə”nin əsas məqsədi Azərbaycana qarşı separatizmin yenidən körüklənməsi və bu separatizmə beynəlxalq dəstəyin əldə edilməsidir. Oskanyanın rəhbərlik etdiyi təxribatçı qrup indiyə qədər Avropanın müxtəlif ölkələrində və ABŞ-da görüşlər keçirib.
Asif
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama













.jpg)






















