Qarabağ
Moskva bir daha təsdiqlədi: İrəvanla Bakı arasında...
Rusiya Ermənistanla Azərbaycan arasında barışıqla bağlı öz dəstəyini verməyə hazır olduğunu təsdiqləyir.
Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi mayın 10-11-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanda sülh müqaviləsinin təşviqinə dair görüşünü müsbət qiymətləndirir.
"Həmin görüş cəlb olunmuş tərəflərə Cənubi Qafqazda sülh və sabitliyə doğru irəliləmək imkanı verdi. Daha bir mühüm addım atıldı", - Qaluzin deyib.
“Moskva artıq Bakı və İrəvan arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib və bu, 2023-cü ilin mayında və 2023-cü ilin iyulunda olub. Regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün balanslaşdırılmış həllər axtarılır” deyən rusiyalı diplomat Azərbaycan-Ermənistan təmasları üçün platforma yaradan Qazaxıstanın rolunu da yüksək qiymətləndirib.
“Belə görüşlərin ən yüksək səviyyədə üçtərəfli sazişlərə uyğun olması vacibdir ki, bu da sülh müqaviləsinin bağlanması ilə yanaşı, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasını, birgə sərhədin delimitasiyası və vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin inkişafını nəzərdə tutur”, - deyə Qaluzin əlavə edib.
Adəm Abbaslı
-
Hadisə22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı







.jpg)

.png)




.jpg)























