Qarabağ
Xankəndidən qaçan Şahramanyan Qarabağ haqda gizlədilən sirri açıqladı - İLK DƏFƏ
Xankəndidən Ermənistana qaçan keçmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyan keşiş Baqrat Qalstyanın revanşistlərdən ibarət dəstəsinə qoşulub və Nikol Paşinyanı ittiham edib.
Publika.az xəbər verir ki, Şahramanyan müxalifətin etiraz aksiyasına polis müdaxiləsini pisləyib. Qeyd edib ki, yaxın dövrdə Qarabağda baş verənlərlə bağlı ictimaiyyətə hər şeyi açıqlayacaq və camaat həqiqəti öyrənəcək.
“Bizi milyardlarla dollar dəyərində silahı atıb gəlməkdə ittiham edirlər. Halbuki, Paşinyan silahların kimin balansında olduğunu və buna görə kimin məsuliyyət daşıdığını yaxşı bilir. Qarabağdakı ordu (separatçıların terrorçu dəstələri-red) son günə qədər Ermənistan hökumətinə tabe olub və Ermənistan Müdafiə Nazirliyinin ərazi bölməsi kimi fəaliyyət göstərib”, - o deyib.
Şahramanyan iddia edib ki, onlar üçün Qarabağ səhifəsi bağlanmayıb.
Qeyd edək ki, Ermənistan işğalın davam etdiyi 30 ilə yaxın dövrdə Qarabağdakı terrorçu dəstələri “özünümüdafiə ordusu” adlandırmaqla, bu dəstələri idarə etdiyi faktını təkzib etməyə çalışıb. Şahramanyanın etirafı isə rəsmi İrəvanın yalanını bir daha ifşa edir. Bu, separatçı liderlər tərəfindən açıqlanan ilk etirafdır.
Asif
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama













.jpg)






















