Qarabağ
Xankəndidə konsulluq açmaq istəyən Rusiyanın gerçək niyyəti ortaya çıxdı
09:30
Rusiyanın Xankəndidə konsulluq açmaqla bağlı əsassız istəyi Ermənistan mediasında yenidən gündəmə gətirilib. Buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın mətbuat konfransında bu haqda suala cavab verməməsidir. Ermənistan mediası rusiyalı ekspertlərdən Moskvanın Xankəndidə konsulluq açmaq istəyinin səbəblərini soruşub.
Publika.az xəbər verir ki, rusiyalı analitik Vladimir Yevseyev Rusiya Xarici İşlər Nazirliyində Cənubi Qafqazla bağlı məsləhətləşmələr keçirildiyini qeyd edib.
Əlavə edib ki, Xankəndidə konsulluğun açılmasının səbəblərindən biri Azərbaycanda Rusiya vətəndaşlarına xidmətin göstərilməsi ilə bağlı ola bilər. Hərçənd, Yevseyevin bu iddiası absurd görünür, çünki Rusiyanın Azərbaycandakı vətəndaşlarına xidmət göstərən konsulluğu fəaliyyət göstərir, o cümlədən, Xankəndi də daxil olmaqla azad edilmiş ərazilərdə yaşayış tam təmin olunmadığı təqdirdə, belə bir əsasla konsulluq açmaq niyyətin başqa olduğunu göstərir.
Yevseyev də təsdiq edir ki, burada əsas məqsəd geosiyasi hadisələrdən qaynaqlanır.
“Türkiyə də Qarabağda konsulluq açmaq istəyir, görünür, Rusiya da orada təmsil olunmaqla bölgədə siyasi şərtləri tarazlaşdırmaq niyyətindədir. Belə demək mümkünsə, Rusiya bölgədəki hərbi mövcudluğunu diplomatik mövcudluqla əvəz edərək, hadisələrin mümkün inkişafına öncədən hazırlaşır. Lakin əminəm ki, Azərbaycan buna asanlıqla razı olmayacaq”, - rusiyalı analitik bildirib.
Asif
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama













.jpg)






















