Qarabağ
ABŞ-da Qarabağla bağlı gizli danışıqların detalları yayıldı: Bakıya nə üçün təzyiq edilib?
Ermənistanda Respublika Partiyasının üzvü olan Samvel Farmanyanın “Yalnız taleyə qarşı: futbol diplomatiyasının kulisi” adlı kitabı çap olunub. Kitabda Türkiyə və Ermənistan arasında Azərbaycanın maraqları nəzərə alınmadan 2009-cu ildə Sürixdə imzalanan protokoldan sonra iki ölkə arasındakı “futbol diplomatiyası” adlanan danışıqların detalları, eləcə də həmin vaxt Ermənistanın prezidenti olmuş Serj Sarkisyanın Qarabağla bağlı apardığı danışıqların gizli məqamları yer alır. Təbii ki, Farmanyan lider hesab etdiyi Sarkisyanı erməni ictimai rəyində “qəhrəman” kimi təqdim etməyə çalışır, hərçənd, kitabda yer alan bəzi məqamlar diqqət çəkir, xüsusilə 2010-cu ilin 12 aprel tarixində ABŞ-ın həmin vaxt prezidenti olan Barak Obama ilə Sarkisyanın Vaşinqtondakı görüşü haqda yayılan məlumatlar.
Publika.az Obama və Sarkisyanın qapalı görüşdə apardığı danışıqların məğzini ixtisarla təqdim edir.
Obama: Köhnə problemdir, amma irəli getmək imkanı var. Elə siyasi hadisələr var ki, biz liderlər bəzən irəli getməsini doğru hesab edirik, xalq isə bu qərarla həmişə razılaşmır. Türkiyə protokollarının ratifikasiyası məsələsi müsbət impuls istəyir. Zəhmət olmasa, “Dağlıq Qarabağ” probleminin həlli istiqamətində irəliyə getmək üçün belə bir imkanın olub-olmadığını bildirin. Zəhmət olmasa, mənə səmimi deyin, belə bir ehtimal var, ya yox?!
Sarkisyan: Cənab prezident, Türkiyə tərəfinin dediyi impuls bizim üçün güzəşt deməkdir. Mən səmimi deyirəm ki, bizim “Dağlıq Qarabağ” məsələsində geri çəkilmək imkanımız yoxdur. Biz “Dağlıq Qarabağı” Azərbaycana qaytarmağa hazır deyilik.
Obama: Heç kim Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutmur və təbii ki, bu, 20 illik problemi müzakirə edib, həl etmək formatı deyil. Lakin hesab edirəm ki, sərhədlərin açılması Ermənistana böyük fayda verəcək, bu, Türkiyənin Ermənistanla münasibətləri tənzimləməsi üçün çox vacibdir. Biz Türkiyə tərəfinə təzyiqləri davam etdirməyə hazırıq, eyni zamanda, prosesin məntiqi sona çatması üçün Ermənistanla davamlı təmaslara da hazırıq. Prosesdən çıxmaq böyük səhv olardı. Əgər Ermənistan protokollardan imtina edərsə, Türkiyə bundan məmnun olacaq. Belə olan halda Ermənistan itki verəcək, Türkiyə isə heç nə itirməyəcək. Biz Ermənistanla əlaqələrimizi davam etdirəcəyik və “Dağlıq Qarabağ” məsələsində paralel şəkildə çalışacağıq. Biz öz tərəfimizdən təminat verə bilərik ki, indiki mərhələdə Azərbaycana təzyiq göstərəcəyik.
Göründüyü kimi, ABŞ Qarabağda erməni işğalının davam etməsi üçün Azərbaycana, sərhədlərin açılması və Ermənistanın xilas edilməsi üçün isə Türkiyəyə təzyiqlər göstərib. Lakin bütün bunlar nəticə vermədi və Azərbaycanın torpaqlarını azad etməsi, Qarabağda erməni separatizmini məhv etməsi bütün oyunları alt-üst etdi.
Asif
-
Magazin221:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO






.png)




















.jpg)







